5 dekabr 2025. Cümə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 10:05 06.11.2020
  • Oxunma sayı: 281
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az-ın məlumatına görə, siyahıda PAOK-dan Andriya Jivkoviç, "Bayer"dən Len Beyli, "Sparta"dan Lukaş Yuliş və "Lill"dən Yusuf Yazıcı yer alıb.

Jivkoviç Niderland PSV-si ilə matçda (4:1) 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Beyli İsraildə Beer-Şeva "Hapoel"i ilə görüşdə (4:2) dubl edib. Yuliş Şotlandiyada "Seltik"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda, Yazıçı isə İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.







Avroliqa