- Avroliqa
- 01:59 28.11.2025
“Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik”.
Corner.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
55 yaşlı funksioner Çempionlar Liqasının III turunda İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub edən “Başakşehir” klubunu təbrik edib: “Onların qələbəsi bizə motivasiya verdi. “Qarabağ”a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi” komandasını üstələyib qrupdan çıxmaq istəyirik”.
Qeyd edək ki, qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə görə ev oyunlarını neytral meydanda keçirir.