5 dekabr 2025. Cümə

Qarabağ'la oyundan sonra qol buraxmamışıq


  • Avroliqa
  • 11:24 06.11.2020
  • Oxunma sayı: 227
Qarabağ'la oyundan sonra qol buraxmamışıq

"Rəqibin demək olar ki, heç bir qol epizodu olmadı. Komandanın oyunundan razıyam. Amma avrokuboklarla yanaşı, La Liqanı da düşünməliyik".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Vilyarreal"ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda evdə İsrail "Makkabi" (Təl-Əviv) klubunu 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının inkşaf etdiyini bildirib: "Gənc və təcrübəli oyunçuların meydanda bir-birini yaxşı başa düşməsi bizim üçün vacibdir. Onlar yaxşı balans yarada bildilər. İnkişaf etməyə davam edirik. "Sivasspor" və "Qarabağ"la oyunlardan başqa, digər matçlarda qol buraxmamışıq".

Qeyd edək ki, 3 oyundan maksimum xal toplayan "Vilyarreal" I qrupunun lideridir.







Avroliqa