29 yanvar 2026. Cümə axşamı

Qarabağ yenidən UEFA müraciət edəcək


  • Avroliqa
  • 14:09 10.11.2020
  • Oxunma sayı: 319
Qarabağ yenidən UEFA müraciət edəcək

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda "Sivasspor" və "Makkabi" (Təl-Əviv) klubu ilə ev oyunlarını Bakıda keçirə bilər.

Corner.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Klub rəsmisi bildirib ki, bunun üçün yenidən UEFA-ya müraciət ediləcək: "Artıq müharibə dayanıb. Qitə futbol qurumuna Bakıda oyun keçirməyin mümkünlüyünü deyəcəyik. Daha əvvəl İstanbulda oynamaq üçün müraciət olunub. Hələlik yekun qərar yoxdur".

Qeyd edək ki, noyabrın 26-da olacaq "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" II turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da "Başakşehir" klubuna məxsus stadionda keçirib.(report)







Avroliqa