29 yanvar 2026. Cümə axşamı

UEFA Mourinyonu cəzalandırdı


  • Avroliqa
  • 15:38 14.11.2020
  • Oxunma sayı: 334
UEFA Mourinyonu cəzalandırdı
UEFA “Tottenhem”in  baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
 
Corner.az xəbər verir ki, London təmsilçisinin portuqaliyalı mütəxəssisi bir oyunluq diskvalifikasiya edilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Cəzaya Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Antverpen”lə matçın fasiləsində Mourinyonun komandanı meydana gec buraxması səbəb olub. UEFA-nın İntizam Komitəsi bu matçda ikinci hissənin gec başlamasına görə klubu 25 min avro cərimə edibsə, Mourinyonu 1 oyunluq turnirdən uzaqlaşdırıb. Lakin 57 yaşlı mütəxəssisin cəzası bir il sonra qüvvəyə minəcək. Bu üzdən də o, “Ludoqorets”ə qarşı keçiriləcək növbəti oyunda komandasına rəhbərlik edə biləcək.
 
Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının J qrupunda 3 matçdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.






Avroliqa