23 oktyabr 2024. Çərşənbə

Qarabağ - Sivasspor matçının hakimləri açıqlandı


  • Avroliqa
  • 15:43 24.11.2020
  • Oxunma sayı: 238
Qarabağ - Sivasspor matçının hakimləri açıqlandı
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
 
Corner.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Danimarkadan olan hakimlər briqadasına həvalə edib.
 
Matçın baş hakimi Yakob Kehlet təyin olunub. Ona yan xətt hakimləri Heyne Sorensen və Lars Hummelqaard kömək edəcək. Dördüncü hakim funksiyasını Yens Maa yerinə yetirəcək.
 
Qeyd edək ki, “Qarabağ” - “Sivasspor” matçı məlum səbəblərdən noyabrın 26-da İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi