23 oktyabr 2024. Çərşənbə

Qarabağ Türkiyəyə yola düşdü


  • Avroliqa
  • 11:35 25.11.2020
  • Oxunma sayı: 609
Qarabağ Türkiyəyə yola düşdü

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la matç üçün Türkiyəyə yola düşüb.

Corner.az-ın məlumatına görə, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:30-da isə komanda matçın keçiriləcəyi "Başakşəhər Fatih Terim" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi