23 oktyabr 2024. Çərşənbə

Qarabağ Sivasspor'a yenə uduzdu


  • Avroliqa
  • 23:58 26.11.2020
  • Oxunma sayı: 354
Qarabağ Sivasspor'a yenə uduzdu

 “Qarabağ” Avropa Liqasında növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubu ilə üz-üzə gəlib.

“Qarabağ” məlum səbəblərdən ev oyununu yenə İstanbulda keçirib. İlk üç qarşılaşmada uduzan Qurban Qurbanovun komandası 1/16 final şansını qorumaq üçün qalib gəlməsi lazım idi. Hətta heç-heçə də Qarabağ'ın qrupdan çıxmaq şansını minimuma endirəcəkdi. Amma iki dəfə hesabda önə keçməsinə baxmayaraq, Ağdam təmsilçisi bu görüşdən də məğlub ayrılıb.

Qeyd edək ki, qrupun digər oyununda İsrail “Makkabi”si (Təl-Əviv) İspaniya “Vilyarreal”ını qəbul edib. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.

Avropa Liqası
İ qrupu

26 noyabr

“Qarabağ” – “Sivasspor” 2:3
Qol: A.Zubir, 8. U.Matiç, 51 – A.Kone, 40-pen; 79. O.Kayode, 57.
Baş hakim: Yakob Kehlet (Danimarka).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi