23 oktyabr 2024. Çərşənbə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:34 27.11.2020
  • Oxunma sayı: 199
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Corner.az-ın məlumatına görə, bu ada "Arsenal"dan Nikolas Pepe, "Tottenhem"dən Karlos Vinisius, "Bayer"dən Kerem Demirbay və PSV-dən Kodi Qakpo iddia edir.

Pepe Norveçdə "Molde"ni 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Vinisius evdə Bolqarıstan "Lüdoqorets"inə 4:0 qalib gəldikləri matçda iki qol vurub. Qakpo Yunanıstanda PAOK-a 2:3 hesabı ilə uduzduqları qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Demirbay isə İsrail "Hapoel"ini (Beer-Şeva) 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi