23 oktyabr 2024. Çərşənbə

Sivasspor əks-hücumlarda təhlükəli idi - Matiç


  • Avroliqa
  • 09:38 27.11.2020
  • Oxunma sayı: 262
Sivasspor əks-hücumlarda təhlükəli idi - Matiç

"Oyunun böyük hissəsində nəzarət bizim əlimizdə olsa da, "Sivasspor" əks-hücumlarda təhlükəli idi. Rəqibdən daha baxımlı qollar vurduq, amma nəticədə uduzduq. Bu məğlubiyyətdən dərs götürməliyik".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Uroş Matiç UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda Türkiyə "Sivasspor"una 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Serbiyalı yarımmüdafiəçi "Başakşehir" klubunun Çempionlar Liqasının qrup mərhələsində İngiltərədə "Mançester Yunayted"ə 1:4 hesablı məğlubiyyətinə də toxunub: "İlk matçda "Başakşehir" yaxşı oynadı. Hər dəfə "Mançester Yunayted"i uda bilməzsən. 2-ci görüşdə isə səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı. Qardaşım Nemanya Matiç 10 ildir İngiltərə Premyer Liqasında çıxış edir. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Səviyyəsi də göz qabağındadır".







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi