23 oktyabr 2024. Çərşənbə

Əsas oyunumuzu Qarabağ'a qarşı keçirəcəyik


  • Avroliqa
  • 10:21 30.11.2020
  • Oxunma sayı: 250
Əsas oyunumuzu Qarabağ'a qarşı keçirəcəyik

"Bu mövsüm liqada ən yaxşı oyunumuzu keçirdik. Qələbə Avropa Liqasının qrup mərhələsində "Vilyarreal" görüşdəki heç-heçədən (1:1) daha vacib idi".

Corner.az "One" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Makkabi Təl-Əvivin futbolçusu Yonaten Kohen ölkə çempionatının VIII turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə bunları söyləyib: "Həmin vaxt bizim əsas oyunumuz olacaq. Qələbə sayəsində 10-cu xalımızı qazanacağıq və növbəti mərhələ şansını artıracağıq. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi