23 oktyabr 2024. Çərşənbə

Qarabağ - Makkabi matçının hakimləri açıqlandı


  • Avroliqa
  • 15:10 02.12.2020
  • Oxunma sayı: 244
Qarabağ - Makkabi matçının hakimləri açıqlandı
 Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək oyuna təyinatlar açıqlanıb.
 
Corner.az xəbər verir ki, UEFA bu qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadasına həvalə edib.
 
Matçın baş hakimi Robert Hennessi olacaq. Ona yan xətt hakimləri Allen Linç və Emmet Dinan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.
 
Hakim-inspektor Serbiyadan Deyan Filipoviç, UEFA nümayəndəsi isə Rumıniyadan Oktavian Qoqa olacaq.
 
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçıba Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi