21 mart 2026. Şənbə

Vilyareal'ın futbolçusu Qarabağ'a qarşı oynamayacaq


  • Avroliqa
  • 20:37 02.12.2020
  • Oxunma sayı: 242
Vilyareal'ın futbolçusu Qarabağ'a qarşı oynamayacaq

La Liqanın 11-ci turunda "Real Sosyedad"la matçda (1:1) zədələnən "Vilyarreal"ın futbolçusu Karlos Bakka tibbi müayinədən keçib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı  hücumçunun sol ayaq əzələsində yırtıq aşkarlanıb. Onun bərpa müddətinin vəziyyətindən asılı olacağı bildirilib.

İspaniya mətbuatı isə kolumbiyalı oyunçunun ən azı 3-4 həftə meydanlardan uzaq qalacağını yazıb. Bu isə o deməkdir ki, Bakka Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la ev oyununu da buraxmalı olacaq.

Qeyd edək ki, dekabrın 10-da İspaniyada keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"