- Avroliqa
- 01:59 28.11.2025
“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Corner.az xəbər verir ki, Qurban Qurbanovun komandası qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə qarşılaşıb.
Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibi ilə də məlum səbəblərdən İstanbulda üz-üzə gəlib. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi ilk xal üçün mübarizə aparıblar. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma fasiləyə qədər Qarabağ buraxılan topun əvəzini çıxmağı bacarıb. İkinci hissədə isə qapılara qol vurulmayıb. Beləliklə, Azərbaycan çempionu qrup mərhələsində ilk xalını qazanıb.
Qeyd edək ki, qrupun eyni vaxtda başlayan digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gəlib. Türkiyədə keçirilən oyunda İspaniya klubu minimal hesabla qalib gəlib – 1:0.
Avropa Liqası
İ qrupu
3 dekabr
“Qarabağ” – “Makkabi” 1:1
Qol: X.Romero, 37 – Y.Kohen, 22-pen.
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu
Vilyarreal – 13, Makkabi – 8, Sivasspor – 6, Qarabağ – 1.