5 dekabr 2025. Cümə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 10:04 04.12.2020
  • Oxunma sayı: 249
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada "Lill"dən Burak Yılmaz,  "Molde"dən Maqnus Eykrem, "Braqa"dan Qaleno və "Milan"dan Yens Hauge iddia edir.

Yılmaz evdə Çexiyanın "Sparta" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Eykrem İrlandiya "Dandolk"una 3:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qaleno Yunanıstanda AEK-i 4:2 hesabı ilə üstələdikləri qarşılaşmada qol vurub. Hauge isə evdə Şotlandiya "Seltik"ini 4:2 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Avroliqa