29 yanvar 2026. Cümə axşamı

Avropa Liqası tarixində antirekord


  • Avroliqa
  • 10:35 04.12.2020
  • Oxunma sayı: 276
Avropa Liqası tarixində antirekord

"Rapid" (Vyana) klubu UEFA Avropa Liqası tarixində aktirekorda imza atıb.

Corner.az "Gracenote Live" nəşrinə istinadən xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox uduzan komanda olub.

"Rapid" son olaraq qrup mərhələsinin V turunda "Arsenal"a 1:4 hesabı ilə məğlub olub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.

Daha əvvəl Norveçin "Rusenborq" klubu 26 dəfə məğlub olub.

Qeyd edək ki, "Rapid" B qrupunda 6 xalla üçüncü pillədə qərarlaşıb.







Avroliqa