29 yanvar 2026. Cümə axşamı

AL-da həftənin ən yaxşısı seçildi


  • Avroliqa
  • 21:54 04.12.2020
  • Oxunma sayı: 226
AL-da həftənin ən yaxşısı seçildi

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Lill"in hücumçusu Burak Yılmaz ən yaxşı oyunçu seçilib. Türk futbolçu səsvermədə "Molde"dən Maqnus Eykrem, "Braqa"dan Qaleno və "Milan"dan Yens Haugeni qabaqlayıb.

Qeyd edək ki, B.Yılmaz Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Sparta" ilə matçda (2:1) dubl edib.







Avroliqa