29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın yeni UEFA reytinqi açıqlandı


  • Avroliqa
  • 21:55 04.12.2020
  • Oxunma sayı: 282
Qarabağ'ın yeni UEFA reytinqi açıqlandı

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Corner.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişikliklər olub.
 
Aktivində 21,000 xal olan Ağdam təmsilçisi geriləyib. Ötən həftə Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klubu ilə birlikdə 65-67-ci yerləri bölüşən Qurban Qurbanovun  kollektivi İstanbulda Təl-Əviv “Makkabi”si ilə 1:1 hesablı heç-heçədən sonra artıq 66-68-ci yerləri əvvəlki şərikləri ilə bölür. Təmsilçimiz “Alkmaar”dan geri düşüb. Niderlandlıların 21,500 xalı var.
 
Qeyd edək ki, reytinqə 125,000 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.







Avroliqa