29 yanvar 2026. Cümə axşamı

Qarabağ'ın rəqibində növbəti itki


  • Avroliqa
  • 10:01 07.12.2020
  • Oxunma sayı: 213
Qarabağ'ın rəqibində növbəti itki

"Vilyarreal"ın futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la matçı buraxa bilər.

Corner.az-ın məlumatına görə, 27 yaşlı hücumçu La Liqanın 12-ci turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matçda zədələnib.

İkinci hissədə meydana daxil olan futbolçu sonadək meydanda ola bilməyib. İspaniyalı futbolçu əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə məcburi əvəzlənib. Komandanın baş məşqçisi Unay Emeri mətbuat konfransında Alkaserin zədəsinin təzələndiyini söyləyib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 







Avroliqa