- Avroliqa
- 15:52 28.01.2026
"Vilyarreal"ın futbolçusu Pako Alkaserin Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda "Qarabağ"la matçı buraxacağı dəqiqləşib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın XII turunda "Elçe" ilə heç-heçə etdikləri matçda zədələnən 27 yaşlı hücumçunun bud əzələsində yırtıq aşkarlanıb.
İspaniyalı forvardın 2021-ci ildə yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.