23 oktyabr 2024. Çərşənbə

Avroliqada qrup mərhələsinə yekun vuruldu


  • Avroliqa
  • 02:18 11.12.2020
  • Oxunma sayı: 237
Avroliqada qrup mərhələsinə yekun vuruldu

Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu – 6-cı turda 12 qrup üzrə 23 oyun keçirilib.

Ancaq “Qarabağ”ın koronavirusa yoluxan futbolçularının çox olması üzündən İspaniyada keçirilməsi planlaşdırılan “Vilyarreal”la matçı ləğv olunub. UEFA yaxın günlərdə bu görüşlə bağlı yekun qərarını açıqlayacaq.

Son oyun günündə 1/16 finala daha 6 vəsiqənin sahibi müəyyənləşib. Baş tutan qarşılaşmaların ardından “Yanq Boyz”, “Molde”, “Napoli”, “Real Sosyedad”, Təl-Əviv “Makkabi”si və “Volfsberger” yoluna davam edən komandalar olub.

Qeyd edək ki, bu turadək “Roma”, “Arsenal”, “Slaviya”, “Bayer”, “Benfika”, “Reyncers”, “Qranada”, PSV, “Lester”, “Braqa”, “Lill”, “Milan”, “Vilyarreal”, “Antverpen”, “Tottenhem”, Zaqreb “Dinamo”su, “Hoffenhaym” və “Srvena Zvezda” 1/16 finala vəsiqə qazanıb.

Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur

10 dekabr

A qrupu

“Yanq Boyz” (İsveçrə) – ÇFR (Rumıniya) 2:1
Qol: Nsame, 90+4-pen. Qaudino, 90+6 – Debelju, 84.

ÇSKA (Sofiya, Bolqarıstan) – “Roma” (İtaliya) 3:1
Qol: Rodriqes, 5. Sove, 34; 55 – Milaneze, 22.

Roma – 13, Yanq Boyz – 10, ÇFR – 5, ÇSKA – 5.

B qrupu

“Dandalk” (İrlandiya) – “Arsenal” (İngiltərə) 2:4
Qol: Flores, 22. Hoare, 85 – Nketia, 12. Elneni, 18. Uillok, 67. Baloqun, 80.

“Rapid” (Avstriya) – “Molde” (Norveç) 2:2
Qol: Ritzmayer, 43. M.İbrahimoğlu, 90 – Eikrem, 12; 46.

Arsenal – 18, Molde – 10, Rapid – 7, Dandalk – 0.

C qrupu

“Hapoel” (Beer-Şeva, İsrail) – “Nitsa” (Fransa) 1:0
Qol: Hatuel, 72.

“Bayer” (Almaniya) – “Slaviya” (Çexiya) 4:0
Qol: Beyli, 8; 32. Diabi, 59. Bellarabi, 90+1.

Bayer – 15, Slaviya – 12, Hapoel – 6, Nitsa – 3.

D qrupu

“Standard” (Belçika) – “Benfika” (Portuqaliya) 2:2
Qol: Raskin, 12. Tapsoba, 60 – Everton, 16. Pizzi, 67-pen.

“Lex” (Polşa) – “Reyncers” (Şotlandiya) 0:2
Qol: İtten, 31. Haci, 72.

Reyncers – 14, Benfika – 12, Standard – 4, Lex – 3.

E qrupu

PSV (Niderland) – “Omoniya” (Kipr) 4:0
Qol: Malen, 36. Dumfries, 63-pen. Piroe, 90+1; 90+3.

PAOK (Yunanıstan) – “Qranada” (İspaniya) 0:0

PSV – 12, Qranada – 11, PAOK – 6, Omoniya – 4.

F qrupu

“Napoli” (İtaliya) – “Real Sosyedad” (İspaniya) 1:1
Qol: Zelinski, 35 – V.Xose, 90+2.

“Riyeka” (Xorvatiya) – “Alkmaar” (Niderland) 2:1
Qol: Menalo, 52. Tomeçak, 90+3 – Vindal, 57.

Napoli – 11, Real Sosyedad – 9, Alkmaar – 8, Riyeka – 4.

G qrupu

“Lester” (İngiltərə) – AEK (Yunanıstan) 2:0
Qol: C.Ünder, 12. Barnes, 14.

“Braqa” (Portuqaliya) – “Zarya” (Ukrayna) 2:0
Qol: Hanna, 61-öz qapısına. Horta, 68.

Lester – 13, Braqa – 13, Zarya – 6, AEK – 3

H qrupu

“Seltik” (Şotlandiya) – “Lill” (Fransa) 3:2
Qol: Julien, 22. Makqreqor, 28-pen. Turnbull, 75 – İkone, 24. Vea, 71.

“Sparta” (Çexiya) – “Milan” (İtaliya) 1:0
Qol: C.Ünder, 12. Barnes, 14.

Milan – 13, Lill – 11, Sparta – 9, Seltik – 1.

İ qrupu

“Vilyarreal” (İspaniya) – “Qarabağ” (Azərbaycan) baş tutmayıb

“Makkabi” (Təl-Əviv, İsrail) – “Sivasspor” (Türkiyə) 1:0
Qol: Saborit, 66.

Vilyarreal – 13, Makkabi – 11, Sivasspor – 6, Qarabağ – 1.

J qrupu

“Ludoqorets” (Bolqarıstan) – LASK (Avstriya) 1:3
Qol: Manu, 46 – Vayzinger, 56. Renner, 62-pen. Madsen, 67.

“Tottenhem” (İngiltərə) – “Antverpen” (Belçika) 2:0
Qol: Vinisius, 57. Lo Çelso, 71.

Tottenhem – 13, Antverpen – 12, LASK – 10, Ludoqorets – 0.

K qrupu

“Dinamo” (Zaqreb, Xorvatiya) – ÇSKA (Moskva, Rusiya) 3:1
Qol: Qvardiol, 28. Orsiç, 41. Kastrati, 75 – Bıstroviç, 77.

“Volfsberger” (Avstriya) – “Feyenoord” (Niderland) 1:0
Qol: Yovelyiç, 31.

Dinamo – 14, Volfsberger – 10, Feyenoord – 5, ÇSKA – 3

L qrupu

“Hoffenhaym” (Almaniya) – “Gent” (Belçika) 4:1
Qol: Beyer, 21; 49. Skov, 26. Kramariç, 64 – Fortuna, 81.

“Slovan” (Çexiya) – “Srvena Zvezda” (Serbiya) 0:0

Hoffenhaym – 16, Srvena Zvezda – 11, Slovan – 7, Gent – 0.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi