4 may 2026. Bazar ertəsi

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:57 11.12.2020
  • Oxunma sayı: 291
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada “Hoffenhaym”dan Maksimilian Bayer, "Bayer Leverkuzen"dən Leyon Bayli, "MOIK"dan Ali Soye və "Tottenhem"dən Covani Lo Celso iddia edir.

18 yaşlı Bayer "Gent"i 4:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Soye evdə "Roma"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə, Bayli isə "Slaviya"nı 4:0 məğlub etdikləri oyunda eyni sayda qol vurub.

Lo Celso Londonda Belçika “Antverpen”ini 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada fərqlənib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"