23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la matçı oynasaq, daha yaxşı olardı


  • Avroliqa
  • 18:01 11.12.2020
  • Oxunma sayı: 318
Qarabağ'la matçı oynasaq, daha yaxşı olardı

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ"la oyununun təxirə salınmasına münasibət bildirib.

Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis matçın keçirilməsinin tərəfdarı olduğunu söyləyib.

49 yaşlı baş məşqçinin sözlərinə görə, böyük komandalar üçün bu cür turnirlərdə hər bir görüş vacibdir: "Qrupda son matçımızı oynamaq istərdik. Amma məlum səbəbdən qarşılaşma təxirə salınıb. Yekun qərarı UEFA verəcək. Hamımız gözləyirik".

Qeyd edək ki, dekabrın 10-da İspaniyada keçirilməli olan oyun Ağdam klubunun heyətində koronavirusa kütləvi yoluxma halı qeydə alındığı üçün təxirə salınıb. Matçın taleyi ilə bağlı yekun qərar yaxın günlərdə UEFA tərəfindən veriləcək. Görüşün ləğv olunacağı və Ağdam təmsilçisinə texniki məğlubiyyət veriləcəyi gözlənilir







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi