23 oktyabr 2024. Çərşənbə

1/16 finalın cütlükləri bəlli oldu


  • Avroliqa
  • 17:24 14.12.2020
  • Oxunma sayı: 307
1/16 finalın cütlükləri bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə pley-off raundunun cütlükləri bəlli olub.

"Qarabağ"la eyni qrupda yer almış "Vilyarreal" Avstriyanın "Zlatsburq" klubuna,  "Makkabi" (Təl-Əviv) klubu isə Ukraynanın Donetsk "Şaxtyor"una rəqib olub.

Avropa Liqası

1/16 final mərhələsi

"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)

"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)

"Real Sosyedad" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)

"Antverpen" (Belçika) - "Reyncers" (Şotlandiya)

"Slaviya" (Praqa, Çexiya) - "Lester" (İngiltərə)

"Zaltsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)

"Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)

"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)

"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)

"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Lill" (Fransa) - "Ayaks" (Niderland)

"Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi