20 mart 2026. Cümə

Arsenal Qarabağla oyuna 3-cü qapıçı ilə çıxa bilər


  • Avroliqa
  • 13:01 25.10.2018
  • Oxunma sayı: 806
Arsenal Qarabağla oyuna 3-cü qapıçı ilə çıxa bilər

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Qarabağ-ın qonağı olacaq Arsenal əsas qapıçı Peter Çexin yoxluğunda 3-cü qapıçı ilə meydana çıxa bilər.Corner.az Goal.az-a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Unai Emery argentinalı qolkiper Damian Martinezin xidmətindən yararlanmaq fikrindədir.Avroliqanın ilk turunda

Vorskla ilə keçirilən görüşdə çərçivəni 2-ci qapıçı Bernd Leno qoruyub. Lakin Çexin zədələnməsindən sonra Emery Lenonu Premyer Liqada əsas qapıçı kimi istifadə etməyi qərara alıb. Buna görə də Damian Martinezə Avroliqa oyununda şans veriləcəyi gözlənilir. 


Qeyd edək ki, Qarabağ - Arsenal oyunu oktyabrın 4-də keçiriləcək.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"