22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ - Arsenal matçı ilə bağlı BOS-dan azarkeşlərə qadağalar var


  • Avroliqa
  • 17:08 25.10.2018
  • Oxunma sayı: 690
Qarabağ - Arsenal matçı ilə bağlı BOS-dan azarkeşlərə qadağalar var

Qarabağ-ın UEFA Avropa Liqasının II turunda İngiltərənin Arsenal komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələnlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, nəzərdə tutulan yerlər dolduqdan sonra digər avtomobillərin girişinə icazə verilməyəcək. Böyükşor bulvarı boyunca “Dayanma və Durma” nişanının təsiri olan ərazilərdə avtomobil saxlamaq qəti qadağandır.

Oyuna gələrkən şəxsiyyət vəsiqəsi tələb olunmur, yalnız bilet lazımdır. Biletləri iTicket.az saytından və kassalarından əldə etmək mümkündür. Onlayn alınan biletlər “iTicket”in kassalarında real biletə dəyişdiriləməlidir.

Stadiona kənar qida və suların keçirilməsi təhlükəsizlik məsələləri ilə bağlı qadağandır.

Stadionun qapıları oyun günü başlama vaxtından 3 saat öncə - 17:55-də açılacaq.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ – Arsenal matçı saat 20:55-də start götürəcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi