23 oktyabr 2024. Çərşənbə

Avroliqada daha 2 matçın yeri dəyişdirildi


  • Avroliqa
  • 02:31 10.02.2021
  • Oxunma sayı: 199
Avroliqada daha 2 matçın yeri dəyişdirildi
Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək daha iki oyun öncədən nəzərdə tutulduğu stadionda baş tutmayacaq.
 
 Corner.az xəbər verir ki, söhbət “Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) oyunlarından gedir.
 
UEFA Portuqaliya və İspaniyada keçirilməli olan bu görüşlərin müvafiq olaraq, Romadakı “Olimpiko” və Turindəki “Yuventus” stadionlarında təşkil olunmasına qərar verib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, matçların əvvəlcədən nəzərdə tutulduğu məkanlarda keçirilməməsinə səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi ölkələrdə sərt karantin tələblərinin tətbiq olunmasıdır. Bununla əlaqədar Avroliada daha öncə “Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) matçının da İspaniyanın Vilyarreal şəhərindəki “Seramika” stadionunda keçirilməsinə qərar verilmişdi. Hətta UEFA Çempionlar Liqasında da bəzi matçların keçirilmə yerləri dəyişdirilib.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi