23 oktyabr 2024. Çərşənbə

Milan'la Arsenal'dan heç-heçə, MY və Tottenhem'dən darmadağın


  • Avroliqa
  • 09:43 19.02.2021
  • Oxunma sayı: 165
Milan'la Arsenal'dan heç-heçə, MY və Tottenhem'dən darmadağın

Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib. 

Corner.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə baş tutub.

“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış  “Vilyarreal” bu raundun ilk görüşünü  səfərdə “Zalsburq”a qarşı keçirib və inamlı qələbə qazanıb. Təl-Əviv “Makkabi”si isə İsraildə Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə ev oyununda  məğlub olub.
 
“Mançester Yunayted” səfərdə “Real Sosyedad”ı darmadağın edibsə,  “Tottenhem” də “Volfsberger”lə dueldə 4 qolla qalib gəlib. “Arsenal” “Benfika” ilə səfər matçında heç-heçəyə razılaşıb. “Milan” da Serbiyada “Srvena Zvezda” üzərində qələbəni son anda əldən verib. “Ayaks” isə “Lill”ə üzərində əzmkar qələbə qazanıb. “Napoli” də səfərdə “Qranada” ilə matçda məğlubiyyətlə üzləşib.
 
Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24-25 fevralda baş tutacaq.
 
Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunları
18 fevral
 
“Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika) 1:1
Qol: Buyalski, 62 - Mexele, 67.
 
“Olimpiakos” (Yunanıstan) – PSV (Niderland) 4:2
Qol: Buxalakis, 9. Mvila, 37. Əl-Arabi, 45+2. Masuras, 83 - Zahavi, 14; 40.
 
“Yanq Boyz” (İsveçrə) – “Bayer” (Almaniya) 4:3
Qol: Fassnaxt, 3. Sibaço, 19; 89. Elia, 44, - Şik, 49; 52, Diabi, 68.
 
“Krasnodar” (Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:3
Qol: Berq, 28. Klaesson, 69 - Petkoviç, 15; 54. Atimven, 75.
 
“Braqa” (Portuqaliya) – “Roma” (İtaliya) 0:2
Qol: Dzeko, 5. Mayoral, 86.
 
“Slaviya” (Çexiya) – “Lester Siti” (İngiltərə) 0:0
 
“Srvena Zvezda” (Serbiya) – “Milan” (İtaliya) 2:2
Qol: Kanqa, 52-pen. Pavkov, 90+3 - Pankov, 42-öz qapısına. T.Ernandes, 61.
 
“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:4
Qol: B.Fernandes, 27; 57. Reşford, 65. D.Ceyms, 90.
 
“Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) 1:4
Qol: Lindl, 55-pen. - Son, 13. Beyl, 28. Moura, 34. Vinisius, 88.
 
“Lill” (Fransa) – “Ayaks” (Niderland) 1:2
Qol: Vea, 72 – Tadiç, 84-pen. Brobbi, 89.
 
“Makkabi” (Təl-Əviv, İsrail) – “Şaxtyor (Donetsk, Ukrayna) 0:2
Qol: A.Patrik, 31. Tete, 90+3.
 
“Qranada” (İspaniya) – “Napoli” (İtaliya) 2:0
Qol: Y.Herrera, 19. Kenedi, 21.
 
“Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya) 3:3
Qol: Ellinqsen, 41. Andersen, 70. Fofana, 74 – Dabbur, 8; 28. Baumqartner, 45+3.
 
“Zalsburq” (Avstriya) – “Vilyarreal” (İspaniya) 0:2
Qol: Alkaser, 41. Nino, 71.
 
“Antverpen” (Belçika) – “Reyncers” (Şotlandiya) 3:4
Qol: Avenatti, 45. Refaelov, 45+8. Honqla, 66 – Aribo, 38. Braişiç, 59-pen; 90-pen. Kent, 83.
 
“Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:1
Qol: Pizzi, 55-pen – Saka, 57.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi