5 dekabr 2025. Cümə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:48 19.02.2021
  • Oxunma sayı: 210
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasında 1/6 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu ada "Mançester Yunayted" klubundan Brunu Fernandeş, "Tottenhem"dən Qaret Beyl, "Dinamo" (Zaqreb)dan Bruno Petkoviç və "Hoffenhaym"dan Munas Dabbur idda edirlər.

Fernandeş səfərdə “Real Sosyedad”a 4:0 qalib gəldikləri matçda dubl edib. Beyl Avstriyada "Volfsberq”i 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Bruno Petkoviç Rusiyada “Krasnodar”ı 3:2 hesabı ilə yendikləri, Munas Dabbur isə Norveç "Molde"si ilə 3:3 hesablı bərabərə qaldıqları qarşılaşmada dubla imza atıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Avroliqa