5 dekabr 2025. Cümə

Brügge klubunda koronavirus şoku


  • Avroliqa
  • 15:49 24.02.2021
  • Oxunma sayı: 202
Brügge klubunda koronavirus şoku
 “Brügge” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda qapıçı Simon Minolye ilə yarımmüdafiəçi Şarl de Keteların COVİD-19 testinin nəticəsinin müsbət çıxdığı vurğulanıb. Hər iki futbolçu Avropa Liqasının 1/16 final mərhələsinin Kiyev “Dinamo”su ilə keçiriləcək cavab oyununu buraxmalı olacaq.
 
Qeyd edək ki, sabah keçiriləcək “Brügge” – “Dinamo” (Kiyev) matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.






Avroliqa