23 oktyabr 2024. Çərşənbə

Arsenal'ın qapıçısı 100-ə çatdı


  • Avroliqa
  • 11:20 26.02.2021
  • Oxunma sayı: 178
Arsenal'ın qapıçısı 100-ə çatdı
 Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Benfika” klubu ilə cavab oyunu “Arsenal”ın qapıçısı Bernd Leno üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, 28 yaşlı alman qolkiper London təmsilçisinin heyətində 100-cü matçına çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lenonun komandası onun yubiley matçında 3:2 hesablı qələbə qazanmaqla (ilk oyun 1:1) Avroliqanın 1/8 finalına yüksəlib.
 
Qeyd edək ki, alman qapıçı “Arsenal”da daha öncə meydana çıxdığı 99 oyunda 115 qol buraxıbsa, 26 matçda qapısını toxunulmaz saxlayıb. Daha öncə “Ştutqart” və “Bayer”də də forma geyinmiş Almaniya yığmasının üzvü, 2018-ci ildən “topçular”ın uğurları üçün çalışır.






Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi