22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ - Vorskla oyununun hakimi açıqlandı


  • Avroliqa
  • 18:42 25.10.2018
  • Oxunma sayı: 670
Qarabağ - Vorskla oyununun hakimi açıqlandı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Vorskla” matçının hakimləri müəyyənləşib. Corner.az-ın Goal.az-a istinadən məlumatına görə, UEFA qarşılaşmaya israilli hakimlər briqadasını göndərmək qərarına gəlib.Görüşdə ədalət təmsilçisi Roi Reinshreiber ber olacaq. Ona Danny Krasikovv və David Elias Bitton kömək edəcək. Dördüncü hakim funksiyasını Amihay Jehosue Mozes yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alon Yefet və Daniel Bar Natan olacaq.Referilərin işinə rusiyalı hakim-inspektor Sergey Zuev qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Kazimierz Oleszek (Polşa) olacaq.Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – “Vorskla” görüşü 20:55-də start götürəcək.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi