5 dekabr 2025. Cümə

AL-da həftənin ən yaxşısı seçildi


  • Avroliqa
  • 20:24 26.02.2021
  • Oxunma sayı: 201
AL-da həftənin ən yaxşısı seçildi
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
 
Corner.az xəbər verir ki, “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq həftənin ən yaxşısı elan olunub.
 
32 yaşlı hücumçu Portuqaliyanın “Benfika” klubuna 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.
 
Qabonlu futbolçu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə İngiltərənin digər təmsilçisi “Tottenhem”in yarımmüdafiəçisi Dele Allini, Şotlandiya “Reyncers”inin hücumçusu Alfredo Morelos və Norveç “Molde”sinin qapıçısı Andreas Lindeni qabaqlayıb.






Avroliqa