5 dekabr 2025. Cümə

Türk futbolçu Avroliqanın tarixinə düşdü


  • Avroliqa
  • 22:33 26.02.2021
  • Oxunma sayı: 228
Türk futbolçu Avroliqanın tarixinə düşdü
Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Ayaks” ilə oyun “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisinin 1:2 hesabıyla uduzduğu oyunda komandasının yeganə qoluna imza atan Türkiyə millisinin üzvü, Avroliqanın bir mövsümündə ən çox qol vuran türk futbolçu olub.
 
“Ayaks”la oyuna qədər 6 qolu olan futbolçu bu görüşdə də fərqlənməklə rəqib qapılarından keçirdiyi topların sayını 7-yə çatdırıb. Yusuf Avroliqanın qrup mərhələsində “Milan” (İtaliya) və “Sparta” (Praqa, Çexiya) ilə oyunlarda da het-trikə imza atmışdı. Bu üzdən 24 yaşlı futbolçu iki dəfə həftənin ən yaxşı oyunçusu da seçilmişdi.
 
Qeyd edək ki, “Lill” “Ayaks”a 1:2 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.






Avroliqa