5 dekabr 2025. Cümə

Mançester Yunayted'in Avroliqadakı yeni rekordçusu


  • Avroliqa
  • 22:35 26.02.2021
  • Oxunma sayı: 232
Mançester Yunayted'in Avroliqadakı yeni rekordçusu
"Mançester Yunayted” Avropa Liqasının 1/16 final mərhələsinin “Real Sosyedad” ilə cavab oyunundan heç-heçə ilə ayrılıb.
 
Corner.az xəbər verir ki, 0:0 hesabıyla bitən matçda iştirak edən “qırmızı şeytanlar”ın futbolçusu Şola Şoretayr klubun tarixinə düşüb.
 
76-cı dəqiqədə oyuna girən Şola, “Mançester Yunayted”in avrokuboklarda iştirak edən ən gənc futbolçusu olub. Yarımmüdafiəçi “Real Sosyedad”la oyuna çıxan zaman 17 yaş 23 günlüyündə idi.
 
İlk oyunda “Real Sosyedad”ı 4:0 hesabıyla məğlub edən “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqə qazanıb.






Avroliqa