5 dekabr 2025. Cümə

İbrahimoviç Mançester Yunayted'lə hər iki oyunu buraxacaq


  • Avroliqa
  • 19:47 01.03.2021
  • Oxunma sayı: 250
İbrahimoviç Mançester Yunayted'lə hər iki oyunu buraxacaq

 "Milan"ın futbolçusu Zlatan İbrahimoviç  "Mançester Yunayted" klubu ilə Avropa Liqasının 1/8 final mərhələsininin hər iki oyununu buraxacaq.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu zədə səbəbindən sözügedən qarşılaşmalarda meydana çıxa bilməyəcək.

Bud əzələsindən xəsarət alan isveçli futbolçunun A Seriyasında "Udineze", "Verona" və "Napoli" ilə matçlarda da iştirak etməyəcəyi gözlənilir. Klub hələlik məlumatı təsdiqləməyib.

Qeyd edək ki, "Mançester Yunayted"lə "Milan" arasında ilk oyun martın 11-də İngiltərədə, cavab görüşü isə 1 həftə sonra İtaliyada olacaq.







Avroliqa