5 dekabr 2025. Cümə

Tottenhem'lə Dinamo ilk oyunu Londonda keçiriləcək


  • Avroliqa
  • 21:50 01.03.2021
  • Oxunma sayı: 238
Tottenhem'lə Dinamo ilk oyunu Londonda keçiriləcək
Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılacaq “Tottenhem” və  “Dinamo” (Zaqreb) klublarının ev oyunlarının yerini dəyişdirilib.
 
Corner.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Yeni qərara əsasən, bu komandalar arasındakı ilk görüş Londonda, cavab matçı isə Zaqrebdə keçiriləcək.
 
Qeyd edək ki, Avroliqanın 1/8 finalının fevralın 26-da atılmış püşkünə əsasən, birinci qarşılaşma Xorvatiyanın paytaxtında təşkil olunmalı idi.
 
Beləliklə, “Tottenhem” – “Dinamo” görüşü martın 11-də Londonda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Martın 18-də Zaqrebdə baş tutacaq cavab görüşünün start fiti saat 21:55-də səslənəcək.






Avroliqa