6 may 2026. Çərşənbə

Avroliqa matçının yeri dəyişdirildi


  • Avroliqa
  • 17:26 03.03.2021
  • Oxunma sayı: 219
Avroliqa matçının yeri dəyişdirildi
 Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Molde” və “Qranada” klubları arasında keçiriləcək cavab matçının yeri dəyişdirilib.
 
Corner.az xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi Norveçdə yox, Macarıstanda keçiriləcək.
 
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Buna iki ölkə arasında səfərlərə koronavirus pandemiyasına görə qoyulan məhdudiyyətlər səbəb göstərilib.
 
Beləliklə, “Molde” – “Qranada” matçı martın 18-də, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu komandalar arasındakı ilk oyun isə martın 11-də İspaniyada baş tutacaq.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"