22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ Vorskla ilə qarşılaşır


  • Avroliqa
  • 18:58 25.10.2018
  • Oxunma sayı: 761
Qarabağ Vorskla ilə qarşılaşır

Bu gün Qarabağ UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Ukrayna Vorskla-sını qəbul edəcək. Bu, poltavalıların Azərbaycan komandaları ilə ilk dueli olacaq. Qarabağ isə 2014/2015 mövsümündə Avropa Liqasında Dnepr-lə eyni qrupa düşüb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən “köhlən atlar”, evdə 1:2 hesabı ilə məğlub olublar.

Cari mövsümdə E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri ilk iki görüşdə yenilib. Qarabağ Portuqaliyada Sporting, Bakıda isə İngiltərə Arsenalına uduzmaqla bərabər, qol da vurmayıb. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. Vorskla isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra, doğma meydanda Sporting-lə görüşdə qələbə qazanmağa yaxın olsa da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzub – 1:2.

Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Avropa Liqası

Qrup mərhələsi, III tur

E qrupu

20:55. Qarabağ (Azərbaycan) – Vorskla (Ukrayna)

Baş hakim: Roy Raynshrayber

Bakı Olimpiya Stadionu







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi