- Avroliqa
- 15:52 28.01.2026
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Corner.az xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda “Milan”ı qəbul edib. Tərəflər bu görüşdən heç-heçə ilə ayrılıblar.
“Tottenhem” Zaqreb “Dinamo”sunu, “Arsenal” isə “Olimpiakos”u ilk oyunda məğlub edib.
“Ayaks” ilk matçda “Yanq Boyz”a doğma meydanda böyük hesabla qalib gəlib. Bir neçə gün əvvəl Şotlandiya Premyer Liqasında çempionluğunu rəsmiləşdirən “Reyncers” isə səfərdə “Slaviya”nın qonağı olub. Bu oyunda tərəflər heç-heçə ilə ayrılıblar.
Avropa Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
11 mart
Mançester Yunayted (İngiltərə) – Milan (İtaliya) 1:1
Qol: Diallo, 50 – Kyaer, 90+2.
Slaviya (Praqa, Çexiya) – Reyncers (Qlazqo, Şotlandiya) 1:1
Qol: Stanku, 7 – Helander, 36.
Ayaks (Niderland) – Yanq Boyz (İsveçrə) 3:0
Qol: Klaassen, 62. Tadiç, 82. Brobbi, 90+2.
Dinamo (Kiyev, Ukrayna) – Vilyarreal (İspaniya) 0:2
Qol: Torres, 30. Albiol, 52.
Qranada (İspaniya) – Molde (Norveç) 2:0
Qol: Molina, 26. Soldado, 76.
Tottenhem (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Qol: Keyn, 25; 70.
Olimpiakos (Yunanıstan) – Arsenal (İngiltərə) 1:3
Qol: El Arabi, 58 – Edeqor, 34. Qabriel, 79. Elneni, 85.
Roma (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 3:0
Qol: Pelleqrini, 23. El Şaaravi, 73. Mançini, 77.