29 yanvar 2026. Cümə axşamı

Mançester Yunayted – Milan matçında iki yubiley


  • Avroliqa
  • 09:52 12.03.2021
  • Oxunma sayı: 253
Mançester Yunayted – Milan matçında iki yubiley

 Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Yunayted” və “Milan” klubları arasında keçirilmiş ilk oyun iki futbolçu üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, Samuel Kastilyexo “Milan”da, Erik Bayi isə “Mançester Yunayted”də yubiley matçını keçirib.

Hər iki futbolçu öz klubunun heyətində 100-cü matçına çıxıb. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

İspaniyalı futbolçu 2018-ci ildən “Milan”ın uğurları üçün çalışır. 26 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində indiyə qədər 10 qola imza atıb, 12 məhsuldar ötürmə müəllifi olub.

26 yaşlı Bayi isə 2016-cı ildən “qırmızı şeytanlar”ın şərəfini qoruyur. Fil Dişi Sahili yığmasının mərkəz müdafiəçisi bu müddət ərzində “Mançester Yunayted”də 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Milan” matçında qalib müəyyənləşməyib – 1:1. Tərəflər arasındakı cavab görüşü martın 18-də İtaliyada keçiriləcək.







Avroliqa