- Avroliqa
- 15:52 28.01.2026
"Roma"nın futbolçusu Henrix Mxitaryan sıradan çıxıb.
Corner.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Şaxtyor" (Donetsk) klubu ilə Avropa Liqasının ilk 1/8 final matçı zamanı zədələnib.
31-ci dəqiqədə ayağından zərbə alan erməni futbolçu oyunu davam etdirə bilməyib və 4 dəqiqə sonra Borxa Mayoralla əvəzlənib.
Hazırda görüşdə 2-ci hissə oynanılır və ev sahibi "Roma" 1:0 hesabı ilə öndədir.
Qeyd edək ki, Henrik Mxitaryan 2010 - 2013-cü illərdə Donetsk təmilçisinin formasını geyinib.