29 yanvar 2026. Cümə axşamı

İspaniyalı hücumçu Avropa Liqasının tarixinə düşdü


  • Avroliqa
  • 10:02 12.03.2021
  • Oxunma sayı: 220
İspaniyalı hücumçu Avropa Liqasının tarixinə düşdü

 "Qranada"nın futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, Molina turnirdə qol vurmağı bacaran ən yaşlı ikinci oyunçu olub.

İspaniyalı futbolçu "Molde"ni 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk görüşündə hesabı açıb. Molina 38 yaş, 323-cü günündə fərqlənməyi bacarıb.

Qeyd edək ki, turnirin rekordu "Molde"nin sabiq futbolçusu Daniel Berq Hestada məxsusdur. O, 2015-ci ildə Şotlandiya "Seltik"i ilə matçda 40 yaş 98-ci günündə qol vurub







Avroliqa