Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Corner.az turnirin saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Ayaks”dan üç, "Arsenal" və "Qranada"dan 2 futbolçu yer alıb:
Qapıçı: Ruy Silva (“Qranada”);
Müdafiəçi: Serj Orye (“Tottenhem”), Qabriel (“Arsenal”), Raul Albiol (“Vilyarreal”), Nikolas Taqliyafiko (“Ayaks”);
Yarımmüdafiəçi: Rayan Qranvenberx (“Ayaks”), Lorenso Pelleqrini (“Roma”), Martin Odeqard (“Arsenal”);
Hücumçular: Roberto Soldado (“Qranada”), Harri Keyn (“Tottenhem”), Duşan Tadiç (“Ayaks”).