Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Milan” ilə ilk oyun “Mançester Yunayted”in yarımmüdafiəçisi Amad Diallo Traore üçün əlamətdar olub.
Corner.az xəbər verir ki, 1:1 hesabıyla sona çatan qarşılaşmada komandasının yeganə qolunu məhz Traore vurub.
“Old Trafford”da baş tutan matçın 46-cı dəqiqəsində meydana çıxan Amad Diallo, 50-ci dəqiqədə komandasının qolunu vurub. Fil Dişi Sahilli vinger, "qırmızı-şeytanlar"ın heyətində avrokuboklarda qol vurmağı bacaran ən gənc (18 yaş 243 gün) əcnəbi futbolçu olub.
Qeyd edək ki, bu, Amad Diallonun “Mançester Yunayted”in heyətində ilk qoludur.