23 oktyabr 2024. Çərşənbə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:39 19.03.2021
  • Oxunma sayı: 159
AL-da həftənin oyunçusu adına namizədlər

Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada "Dinamo" (Zaqreb) klubundan Mislav Orşiç, "Vilyarreal"dan Jerar Moreno, "Roma"dan Borxa Mayoral və "Ayaks"dan David Neres iddia edir.

Orşiç "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moreno Ukranyanın "Dinamo" (Kiyev) klubunu 2:0 üstələdikləri matçda dublla yadda qalıb.

Moyaral Ukraynada Donetsk "Şaxtyor"unu 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada hər iki qolun müəllifi olub. Neres isə İsveçrədə "Yanq Boyz"u 2:1 hesabı ilə yendikləri oyunda fərqlənib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi