23 oktyabr 2024. Çərşənbə

Avropa Liqasında 1/4 final cütləri bəlli oldu


  • Avroliqa
  • 16:16 19.03.2021
  • Oxunma sayı: 243
Avropa Liqasında 1/4 final cütləri bəlli oldu

Bu gün UEFA Avropa Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.

Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutmuş tədbirdə əvvəlcə 1/4 finalın cütləri müəyyənləşib.

Püşkatmanın nəticələri:

1/4 final

"Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Slaviya" (Praqa, Çexiya)

"Ayaks" (Niderland) - "Roma" (İtaliya)

"Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)

Qeyd edək ki, 1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi