- Avroliqa
- 01:07 01.05.2026
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Corner.az-ın məlumatına görə, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumameylli yarımmüdafiəçisi Mislav Orşiç layiq görülüb.
28 yaşlı oyunçu evdə "Tottenhem"ə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Zaqreb təmsilçisi məhz bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.