21 mart 2026. Şənbə

Arsenal qələbəni əldən verdi, Mançester Yunayted'dən qələbə


  • Avroliqa
  • 01:05 09.04.2021
  • Oxunma sayı: 367
Arsenal qələbəni əldən verdi, Mançester Yunayted'dən qələbə

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə və eyni saatda baş tutub.

“Roma” səfərdə “Ayaks”ın, “Mançester Yunayted” isə “Qranada”nın qonağı olub. “Vilyarreal” da Zaqreb “Dinamo”su ilə ilk oyununa səfərdə çıxıb. Bu oyunların hamısında qonaqlar qələbə qazanıb.

 “Arsenal” isə doğma meydanda “Slaviya” ilə qarşılaşıb. “Topçular” bu görüşün sonlarında hesabı açsalar da, sonda meydanı bərabərliklə tərk ediblər.

Avropa Liqası
1/4 finalın ilk oyunları

8 aprel

Ayaks (Niderland) – Roma (İtaliya) 1:2
Qol: Klaassen, 39 – Pelleqrini, 57. İbanes, 87.

Arsenal (İngiltərə) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol: Pepe, 86 – Holes, 90+4.

Dinamo (Zaqreb, Xorvatiya) – Vilyarreal (İspaniya) 0:1
Qol: Moreno, 44-pen.

Qranada (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:2
Qol: Reşford, 31. B.Fernandes, 89-pen.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"