23 oktyabr 2024. Çərşənbə

AL-da həftənin oyunçusu adına namizədlər


  • Avroliqa
  • 09:23 09.04.2021
  • Oxunma sayı: 449
AL-da həftənin oyunçusu adına namizədlər

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada "Mançester Yunayted"dən Brunu Fernandeş, "Vilyarreal"dan Jerar Moreno, "Slaviya" (Praqa)dan Tomaş Holeş və "Roma"nın qapıçısı Pau Lopes iddia edir.

Fernandeş "Qranada"ya 2:0, Moreno isə Zaqrebdə "Dinamo"ya 1:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib.

Holeş Londonda "Arsenal"la 1:1 hesablı heç-heçə etdikləri oyunda qol vurub, Lopes isə Niderlandda "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 8 qurtarış edib.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi